21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İlham Əliyev Qazaxıstanın baş nazirini qəbul edib - YENİLƏNİB

22.06.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji xarakter daşıdığını deyən dövlətimizin başçısı əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ikitərəfli münasibətlərin gündəliyinin geniş olduğunu bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana, özünün isə bu il Qazaxıstana səfəri zamanı əldə edilmiş razılıqların uğurla həyata keçirildiyini və onların icrasının daim diqqətdə saxlanıldığını bildirən Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıdığını qeyd edib. Azərbaycan Prezidenti bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib, bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə böyükmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Prezident İlham Əliyev Alixan Smailovun səfərinin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Xoş sözlərə görə minnətdarlıq edən qonaq Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib.

Alixan Smailov qarşıdan gələn Qurban bayramı münasibətilə dövlətimizin başçısına və dost Azərbaycan xalqına təbriklərini çatdırıb.

Bu il ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğunu vurğulayan qonaq ulu öndərin Qazaxıstana həmişə səmimi dostluq münasibətləri bəslədiyini deyib, bu il Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Heydər Əliyev küçəsinin açılışını ölkələrimizin və xalqlarımızın birliyinin təcəssümünü bir daha nümayiş etdirdiyini bildirib.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin xatirəsinə olan hörmətə görə təşəkkürünü ifadə edib, bunun Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyib.
Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən və bütün sahələrdə əməkdaşlığımızın uğurla inkişafından məmnunluğunu ifadə edən Alixan Smailov qarşılıqlı fəaliyyətimizin strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizin göstəricisi olduğunu vurğulayıb. Qazaxıstanın baş naziri əməkdaşlığın müxtəlif sahələrdə möhkəmlənməsi işinə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Ölkəmizin Qazaxıstan üçün Cənubi Qafqazda ən mühüm iqtisadi-ticarət tərəfdaşı olduğunu söyləyən qonaq ötən ilin nəticələrinə görə qarşılıqlı ticarətin həcminin 460 milyon dolları keçərək 40 faiz artdığını, bu il də bu dinamikanın davam etdirildiyini məmnunluqla bildirib və potensialın daha da artırılması üçün imkanların olduğunu vurğulayıb.

Görüşdə Qazaxıstan tərəfindən Füzuli şəhərində uşaqlar üçün Yaradıcılığın İnkişafı Mərkəzinin inşası yüksək qiymətləndirilib, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub, ölkələrimiz arasında neft, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, gəmiqayırma, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Son dövrlərdə Xəzər dənizindən Orta Dəhliz vasitəsilə Azərbaycan və Qazaxıstan, həmçinin üçüncü tərəflərin bu marşrut istiqamətində yüklərinin həcminin çoxalması məmnunluqla qeyd edilib, bu istiqamətdə ölkələrimizin birgə səylərinin artırılmasının vacibliyi vurğulanıb.

Söhbət zamanı dost ölkə Qazaxıstan şirkətlərinin də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlif layihələrdə iştirakı perspektivləri müzakirə olunub.

11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.