Parlamentə “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi daxil olub
22.06.2023
Milli Məclisə "Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi daxil olub.
APA xəbər verir ki, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
"Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi 10 fəsil, 59 maddədən ibarətdir.
Bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minəcək. Bu Qanun qüvvəyə mindiyi gündən "Dövlət satınalmaları haqqında” qanun ləğv ediləcək.