“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi hazırlanıb
22.06.2023
Milli Məclisə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi daxil olub.
"DM"-nın xəbərinə görə, qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi 9 fəsil, 68 maddən ibarətdir.
Bu Qanun dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minəcək.
Bu Qanun qüvvəyə minənədək ödəniş xidmətlərini göstərən şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 6 (altı) ay müddətində lisenziya almalı və reyestrə daxil edilməli, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.