Türkiyədən Rusiya-Ukrayna gərginliyinə ilk reaksiya
26.11.2018
Azov dənizi və Kerç boğazında yaşanan hadisələri və artan gərginliyi izləyirik. Bu çərçivədə Ukraynaya aid gəmilərə atəş açılması və yaralılar olması barədə xəbərləri narahatlıqla qarşılayırıq.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyə XİN-in Rusiya ilə Ukrayna arasında yaşanan gərginliyə dair açıqlamasında bildirilib.
"Qara dənizdə qonşu dövlət olaraq Kerç boğazından gediş-gəlişin əngəllənməməli olduğunu vurğulayırıq. Regional sülh və sabitliyi təhlükə altında qoya biləcək addımlardan qaçılması, beynəlxalq hüquqa hörmət göstərilməsi və gərginliyin azaldılmasına çağırış edirik”, - XİN açıqlamasında deyilib.
Qeyd edək ki, ötən gün Rusiya donanması Ukraynanın 2 hərbi kater və yedək gəmisinə hücum edib. Nəticədə 6 Ukrayna əsgəri yaralanıb.
Gəmilər zəbt edilib və yedəyə alınaraq, Kerç limanına aparılıb.
Rusiya Krımın ilhaqından sonra sözügedən suları öz ərazisi hesab edir. Ukrayna isə bu ərazini neytral sular sayır və beynəlxalq normalara uyğun olaraq, neytral sulardan istifadə haqqına sahib olduğunu bildirir.