ABŞ dövlət katibi: “Rusiya sonda Ukraynanın bərpası üçün təzminat ödəməli olacaq”
21.06.2023
"Rusiya sonda Ukraynanın bərpası üçün təzminat ödəməli olacaq”.
Bunu ABŞ-nin dövlət katibi Antoni Blinken deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Ukrayna ordusunun yenidən qurulmasına kömək edəcək.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Mənbə: Dövlət Departamentinin rəsmi saytı