Yaroslav Kaçinski Polşa Baş nazirinin müavini vəzifəsinə qaytarılıb
21.06.2023
Yaroslav Kaçinski rəsmən Baş nazirin müavini vəzifəsinə qaytarılıb.
"DM" xəbər verir ki, Polşa Prezidenti Andjey Duda bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Polşa Prezidenti Kaçinskini rəsmən Baş nazirin müavini vəzifəsinə qaytarıb.
Qeyd edək ki, Kaçinski 2020-ci ilin oktyabr ayından ötən ilin iyununa qədər Mateuş Moravetski hökumətində Baş nazirin müavini və Nazirlər Şurasının Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri olub.