21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Moldovada 9 May Qələbə Gününün adı və tarixi dəyişdirilə bilər

21.06.2023

Moldova Nazirlər Kabineti ölkədə Qələbə Gününün qeyd olunması tarixinin 8 maya keçirilməsi və adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.

"DM" xəbər verir ki, bu barədə məlumat Moldova Hökumətinin rəsmi saytında dərc edilib.

Bildirilib ki, müvafiq qərar Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qəbul edilib.

Xatırladaq ki, ötən ayın sonunda hakim "Fəaliyyət və Həmrəylik" partiyasının bir qrup deputatı 9 May Qələbə Gününün ləğv edilməsi və İkinci Dünya müharibəsi zamanı həlak olanların şərəfinə 8 Mayın Anım və Barışıq Günü kimi təsis edilməsi haqqında qanun layihəsini irəli sürüb.

Qanun layihəsi parlamentin gündəliyinə salınsa da, hökumətin müsbət rəyi olmadığına görə məsələyə baxılması təxirə salınıb.