Qaribaşvili: Namizəd statusu verməyərək Gürcüstanı uzaqlaşdırmaq Qərbin strateji səhvi olar
21.06.2023
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu yaxınlarda Brüsseldə keçirdiyi görüşlərdən əldə etdiyi "təəssüratlar əsasında” Avropa Komissiyasının Gürcüstanın Aİ namizədi statusu ilə bağlı qərarına nikbinliklə yanaşdığını bildirib.
"DM" xəbər verir ki, Baş nazir jurnalistlərə açıqlamasında ölkəsinin Aİ namizədi statusuna layiq olduğunu qeyd edib:
"Səfər zamanı mən öz dostlarımıza hökumətin atdığı addımlar haqqında danışmışam. Avropa Komissiyasına tam hesabat təqdim edilib. Mən düşünürəm ki, biz təmkinlə qərarı gözləməliyik. Mən onlara bildirdim ki, Avropada və dünyadakı hazırkı vəziyyət, Ukraynadakı dağıdıcı müharibə gündəliyi tamam dəyişib. Gürcüstanı uzaqlaşdırmaq Qərbin strateji səhvi olardı və bu, nə Qərbin, nə də Gürcüstanın marağına deyil”.
Qaribaşvili qeyd edib ki, namizəd statusunun verilməsi ölkədə qütbləşməyə son qoya bilər.