Kreml Baydenin Si Cinpin haqqında dediklərinə münasibət bildirib
21.06.2023
Amerika Birləşmiş Ştatları ziddiyyətli, gözlənilməz siyasət yürüdür, onların mentorluq tonu çoxlu sayda dövlətlər üçün qəbuledilməz olub, lakin bu, onların işidir.
"DM" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Çin lideri Si Cinpini diktator adlandırması ilə bağlı sözlərini şərh edərkən bildirib.
"Bilirsiniz, əlbəttə ki, bu, bir tərəfdən ABŞ-ın xarici siyasətinin çox ziddiyyətli təzahürüdür, digər tərəfdən isə ABŞ-ın xarici siyasətinin çoxlu sayda dövlətlər üçün artıq qəbuledilməz olan bu cür mentorluq təzahürlərinin davam etdirilməsidir ki, bu dövlətlərin də sayı durmadan artır. Bir neçə gün əvvəl biz ABŞ dövlət katibinin Pekində təmasları, müxtəlif barışdırıcı bəyanatlarını, indi isə dövlət başçısı tərəfindən belə anlaşılmaz kompensasiyalar haqqında məlumatları gördük. Lakin bu, onların işidir. Bizim Amerika Birləşmiş Ştatları ilə öz pis münasibətlərimiz və Çin Xalq Respublikası ilə öz çox yaxşı münasibətlərimiz var”, - deyə Kremlin sözçüsü vurğulayıb.