Qurbanlı: Azad olunan ərazilərə vətəndaşlarımız qayıtdıqca məscidlərə din xadimləri təyin olunacaq
21.06.2023
İşğaldan azad edilmiş ərazilərdə məscidlərin restavrasiyası və yeni məscidlərin tikintisi tam sürətlə davam etdirilir.
Bunu APA-nın sualına cavab olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
"Bütün bu proses başa çatdıqdan sonra, həmçinin həmin ərazilərə vətəndaşlarımız qayıtdıqca həmin məscidlərə din xadimlərinin təyin olunması həyata keçiriləcək", - o, əlavə edib.