Ursula von der Leyen: Ukrayna Aİ-nin bir hissəsi olacaq
21.06.2023
Ukrayna yalnız öz suverenliyi üçün savaşmır, onlar həm də bizim üçün, bizim azadlığımız, dəyərlərimiz, demokratiyamız üçün savaşır.
"DM" xəbər verir ki, bunu Londonda keçirilən Ukraynanın bərpası üzrə konfransda çıxış edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.
O bildirib ki, dünya Ukrayna xalqının cəsarətindən, qətiyyətlə öz müstəqilliyini, suverenliyini müdafiə etməsindən, Rusiya tərəfindən işğal edilmiş ərazilərin böyük qismini azad etməsindən təsirlənib: "Biz Ukraynanın verdiyi qurbanları, bu itkiləri heç vaxt əvəz edə bilmərik, lakin biz həmrəy olaraq, koordinasiyalı işləyərək və qətiyyətlə hərəkət edərək Ukraynanın bu müharibədə qələbə qazanmasını təmin etməliyik. Ukrayna qələbə qazanmalıdır və qazanacaq, bizim bu ölkəyə dəstəyimiz davam edəcək. Bu dəstək yalnız sülhün əldə olunmasına qədər davam etməyəcək, bu, onların təsəvvür etdiyi bir ölkəni quracağı müddətədək davam edəcək. Bu, xarici investisiya cəlb edən ölkə olana qədər, öz gələcəyi olana qədər və Aİ üzvü olan qədər davam edəcək. Bu gün burda toplaşaraq Ukraynaya verdiyimiz mesaj budur ki, sizin arzunuz həm də bizim arzumuzdur. Mənim heç bir şübhəm yoxdur ki, Ukrayna Aİ-nin bir hissəsi olacaq”