Azərbaycan və IMF struktur islahatlarının nəticələrini müzakirə ediblər
21.06.2023
Azərbaycan və Beynəlxalq Valyuta Fondu (IMF) arasında struktur islahatları nəticəsində əldə edilmiş irəliləyişlər müzakirə edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Twitter” hesabında bildirib.
"IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyətilə görüşdə qurumla əməkdaşlığın istiqamətləri və gündəlikdəki məsələlər barədə müzakirələr apardıq. Bunlar ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, struktur islahatları nəticəsində əldə edilmiş irəliləyişlər, vergi siyasəti və inzibatçılığı sahəsində islahatlardır”, - deyə o qeyd edib.