Bu gün 955 qaynar xətti işləməyəcək
26.11.2018
"Azərsu" ASC-nin 955 Zəng Mərkəzinin proqram təminatında təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar xidmətin fəaliyyəti müvəqqəti dayandırılıb.
"Azərsu" ASC-dən məlumata görə, gün ərzində proqram təminatında yenilənmə işlərinin başa çatdırılması və Zəng Mərkəzinin fəaliyyətinin bərpa olunması nəzərdə tutulur.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC istehlakçılardan üzr istəyir.