21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"İran üçün yeganə seçim konstitusiyalı monarxiyadır"

21.06.2023

"İran üçün yeganə seçim konstitusiyalı monarxiyadır".

"DM” xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi sosial şəbəkədəki səhifəsində yazıb.

O qeyd edib ki, İranın gələcəyi üçün arzu və idealı tamamilə milli və vətənpərvər bir hökumətin qurulmasıdır. R.Pəhləvi bir çox səbəblərə görə üstünlük verdiyi quruluşun konstitusiyalı monarxiya sistemi olduğunu söyləyib:

"Şübhəsiz, son seçim İran millətinindir. Dəfələrlə yazmışam, yenə yazacağam: Mənim üçün sizin inamınızdan və şəffaflığınızdan dəyərli heç nə yoxdur".

Siyasətçi həmçinin İranda hakimiyyətə gəlmək istəyini belə açıqlayıb: "İran xalqı konstitusiyalı monarxiya sistemini seçib, onu yenidən qurmaq istəyərsə, sonuncu qanuni vəliəhd monarxiya üçün yeganə seçimdir. Amma son seçki gününə hələ çox var, diqqəti indiki zamana yönəltməliyik. İndiki dövrdə sonuncu qanuni vəliəhdi İran xalqının əksəriyyətinin etibar etdiyi və inandığı ən görkəmli milli şəxsiyyət hesab etmək olar”.

Şahın oğlu İranın mövcud konstitusiyasının dəyişdirilərək özünün hakimiyyəti üçün hüquqi bazanın yaradılmasını da dolayı yolla bildirib.