Rusiyada zavodda partlayış zamanı xəsarət alanların sayı 13-ə çatıb
21.06.2023
Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərində barıt zavodunda baş vermiş partlayışla müşayiət olunan yanğın nəticəsində xəsarət alanların sayı 13 nəfərə çatıb.
"DM" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Tambov vilayəti üzrə Baş İdarəsindən bildirilib.
Onların hamısının xəstəxanaya yerləşdirildiyi qeyd olunub.
Xatırladaq ki, dünən Tambov vilayətinin Kotovsk şəhərində barıt zavodunda partlayış baş verib və sonra güclü yanğın başlayıb.
Hadisə nəticəsində 5 nəfər həlak olub.