22:04:48 11 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Avropa İttifaqı Ukrayna üçün milyardlarla avroluq yardım paketi hazırlayır

20.06.2023

Avropa İttifaqı (Aİ) Ukraynaya 50 milyard avroluq maliyyə yardımı paketi təklif etməyə hazırlaşır.

Bu barədə məlumatlı mənbələr bildiriblər.

Onların məlumatına görə, ictimaiyyətə açıqlanmamışdan əvvəl planda dəyişikliklər edilə bilər.

Avropa Komissiyası Ukraynaya qrantlar, güzəştli kreditlər və zəmanətlər şəklində yardım təklif etməyi nəzərdə tutur.
Paket bazar kreditləri hesabına deyil, Aİ-yə üzv dövlətlər tərəfindən maliyyələşdiriləcək. Ukraynaya dəstək planı Aİ-nin 2021-27-ci illər üçün uzunmüddətli büdcəyə yenidən baxış çərçivəsində həyata keçiriləcək.

Vəsait Ukraynanın qanunun aliliyinin möhkəmləndirilməsinə və korrupsiyaya qarşı mübarizəyə yönəlmiş islahatlar aparacağı halda ödəniləcək.

Mənbə: "Bloomberg”