Hakan Fidan Londonda konfransda iştirak edəcək
20.06.2023
Türkiyə xarici işlər naziri Hakan Fidan 21-22 iyun 2023-cü il tarixlərində Londonda keçiriləcək "2023 Ukraynanın Bərpa edilməsi” Konfransında iştirak etmək üçün Böyük Britaniyaya səfər edəcək.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, konfrans çərçivəsində türkiyəli nazirin ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.