Azərbaycan AİB ilə sosial-iqtisadi inkişaf prioritetlərini müzakirə edib
20.06.2023
Azərbaycan İqtisadiyyat Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) arasında ölkənin sosial-iqtisadi inkişaf prioritetləri müzakirə edilib.
Bu barədə nazir Mikayıl Cabbarov öz "Twitter” hesabında paylaşım edib.
"AİB-in Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktoru xanım Reyçel Tomson ilə Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, ölkəmizlə bank arasında sıx əlaqələrin təzahürü olaraq həyata keçirilən layihələr və bankın direktorlar şurasında Azərbaycanın səmərəli təmsilçiliyi barədə müzakirələr apardıq”, - deyə o qeyd edib.