Azərbaycanın müxtəlif bölgələrində təbiətə nəcib marallar buraxılacaq
20.06.2023
"2022-ci ilin noyabr ayında Şahdağ Milli Parkının İsmayıllı bölməsində nəcib maralların reintroduksiyası layihəsi çərçivəsində ilk marallar buraxılıblar”.
"Report”un İsmayıllıya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, marallar xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçdikdən sonra tam sərbəst şəkildə vəhşi təbiətə buraxılırlar:
"Layihənin davamı olaraq ölkənin müxtəlif bölgələrində, maralın tarixən məskunlaşdığı yerlərdə təbiətə buraxılması nəzərdə tutulub. Son günlərdə maralların da sayında artım müşahidə olunur”.