Dövlət Bağçalı: Fələstin liderinin uyğur türklərinə qarşı sözləri qəbuledilməzdir
20.06.2023
MHP sədri Dövlət Bağçalı Fələstin lideri Mahmud Abbasın Çinə ziyarəti zamanı uyğur türklərinə qarşı dediyi sözlərə cavab verib.
"DM"-nın verdiyi xəbərə görə, o, bu barədə partiyasının qrup toplantısında çıxışı zamanı danışıb.
"Mahmud Abbas, Milliyyətçi Hərəkat Partiyasının qrup toplantısından şəxsən sizə səslənirəm. Uyğur türklərini terrorçu adlandırmaq haqsızlıqdır, küfrdür, günahdır, cinayətdir, rüsvayçılıqdır, türk millətinə qarşı hörmətsizlikdir”, - o bildirib.
Dövlət Bağçalı əlavə edib ki, Türkiyə hər zaman və şərtsiz olaraq Fələstin xalqının mübarizəsini dəstəkləyib, lakin Mahmud Abbasın bu sözləri qəbuledilməzdir.