Avtobuslarda bank kartları ilə ödəniş etmək mümkün olacaq
20.06.2023
Avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacaq.
"DM” xəbər verir ki, bunu "K group” şirkətinin direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə bildirib.
"Bu ilin sonuna kimi "Bakıkart" aktiv olduğu ərazilərdə bu funksiya aktiv fəaliyyət göstərəcək”, - deyə Orxan Bayramov əlavə edib.