21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Həkimlərlə bağlı monitorinq komissiyası yaradılacaq, keçə bilməyənlərin əlavələri kəsiləcək

20.06.2023

Həkim və mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin əmri ilə monitorinq komissiyası yaradılması nəzərdə tutulub.

"DM" xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib.

O bildirib ki, komissiya tərəfindən bir həkim mütəxəssis 6 aylıq əsaslarla monitorinqdən keçiriləcək:

"Monitorinqdən müvəffəqiyyətlə keçən həkim mütəxəssislərə həvəsləndirici və əlavələrin ödənilməsi daha bir il uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərin həvəsləndirici və əlavələri kəsiləcək”.

Vüqar Qurbanov qeyd edib ki, qiymətləndirmə zamanı həkim peşəkarlığı və şəxsi keyfiyyyətləri nəzərə alınacaq.