21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“The Times”: “Polşada belaruslar Lukaşenkonu devirmək üçün döyüş hazırlıqlarına başlayıblar”

19.06.2023

"2020-ci ildə kütləvi etirazlardan sonra ölkəni tərk edən yüzlərlə Belarus vətəndaşı Prezident Aleksandr Lukaşenkonu devirmək üçün Polşada döyüş hazırlıqları keçir”.

Bu barədə "The Times” nəşrində məqalə dərc edilib.

Bildirilib ki, təlimlər öz ölkəsini tərk etmək məcburiyyətində qalmış Belarusun BYPOL güc strukturlarının keçmiş zabitləri tərəfindən aparılır.

Bundan əvvəl BYPOL ilə əlaqəli partizanlar artıq Belarus ərazisində bir neçə uğurlu əməliyyat keçiriblər. Bu ilin fevralında təşkilat Minsk yaxınlığındakı hava limanında iki pilotsuz uçan aparat vasitəsilə Rusiyanın A-50 kəşfiyyat təyyarəsinin partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb. Belarusda BYPOL "ekstremist təşkilat” kimi tanınıb.

Təlim iştirakçıları öz aralarında "X vaxtı” adlandırdıqları günə - rejimlə mübarizə aparmaq üçün Belarusa qayıdacaqları günə hazırlaşırlar.

Həmçinin iyunun əvvəlində Lukaşenko bildirib ki, Polşa, Litva və Ukraynada Qərb dövlətləri onu devirmək üçün "qeyri-qanuni silahlı birləşmələrin üzvlərinə” təlimlər keçirlər. O, həmçinin qeyd edib ki, Belarusun özündə də "yatmış ekstremist hüceyrələr” yaratmaq cəhdləri müşahidə olunur.