21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İrəvan ruslara atəş açıb, Kremlin “cavabı”nı gözləyir

19.06.2023

Ermənistan Həkəri çayının üzərindəki insidentlə bağlı Rusiyanın reaksiyasını gözləyir.

"DM" xəbər verir ki, bu sözləri Ermənistan XİN başçısının müavini Vaan Kostanyan "Laçın” postunda Azərbaycan bayrağı qaldırılarkən, azərbaycanlı sərhədçilərlə birgə, rus sülhməramlılarının da ermənilər tərəfindən atəşə tutulması ilə bağlı qeyd edib.

"İnsident araşdırılır. Ermənistan XİN öz mövqeyini və narahatlığını açıqlayıb. Rəsmi reaksiya gözləyirik”, - o bildirib.

Xatırladaq ki, 15 iyunda – Qurtuluş Günündə Azərbaycan DSX-nin hərbçiləri "Laçın” postunda Bayrağımızı qaldırarkən Ermənistan hərbi birlikləri atəş açıb və bir hərbçimiz yaralanıb. İnsidenti araşdırmaq üçün hadisə yerinə gələn rus sülhməramlıları Azərbaycan bayrağının postun bir neçə metrliyində qaldırılmasının ərazi baxımından qanunauyğun olduğunu təsdiqləyib və bayrağımızın qaldırılması mərasimini müşayiət edib. Bu zaman ermənilər rus sülhməramlılarına da atəş açıb.

Ermənistan isə həyasızcasına guya Bayrağımızın qaldırıldığı yerin öz ərazisinə düşdüyünü iddia edərək, sərhədçilərimizin və rus sülhməramlıların atəşə tutulmasına haqq qazandırmağa çalışır.