Stoltenberq: Vilnüs sammiti Ukraynanı NATO-ya daha da yaxınlaşdıracaq
19.06.2023
İyulda keçiriləcək sammitdə müttəfiqlər Ukraynanın üzvlüklə bağlı niyyətini müzakirə edəcək.
"DM" xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuata bəyanatı zamanı bildirib.
Onun sözlərinə görə, NATO müttəfiqləri həmçinin Ukraynaya kömək üçün uzunmüddətli yardım paketinin üzərində işləyir:
"Biz həmçinin təhlükəsizliklə bağlı ortaq narahatlıq doğuran məsələləri müzakirə edəcəyimiz bərabərhüquqlu platforma olacaq NATO-Ukrayna Şurasının üzərində işləyirik. Vilnüsdə qəbul edəcək qərarlar Ukraynanı NATO-ya daha da yaxınlaşdıracaq”