21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ötən gün güclü yağışların regionlarda törətdiyi fəsadlar barədə AÇIQLAMA

19.06.2023

Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboyda, eləcə də Ağdamda leysan yağışlarından sonrakı durum açıqlanıb.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Dilqəm Şərifov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sadalanan ərazilərdə yağıntılar müşahidə edilsə də, təsərrüfat sahələrinə ciddi ziyan dəyməyib:

"Mühafizə bəndləri, kanalları ziyan görməyib. Hava şəraiti ilə bağlı əməkdaşlarımız yaxın ərazilərdə növbəli işlər aparıblar. Canlı qüvvələrimiz və texnikalarımız hazırlıqlı vəziyyətdə saxlanılıb. Sadəcə olaraq müəyyən suvarma kanalları lil ilə dolub, bəzi yerləri sel yuyub. İndi də texnikalarımız selin gətirdiyi lili təmizləyir”.

Qeyd edək ki, iyunun 18-də saat 16:00-a olan məlumata əsasən, Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.