Stoltenberq: Biz hamımız Ukraynadakı müharibənin bitməsini istəyirik
19.06.2023
Ukraynanın öz torpaqlarını azad etmək hüququ var. Hazırda Ukraynanın əks-hücumu davam edir.
"DM" xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Almaniya Kansleri Olaf Şoltsla mətbuata birgə bəyanatı zamanı bildirib.
"Ukraynanın döyüş meydanında daha çox qələbə qazanması onun əlini müzakirə masasında daha da gücləndirəcək. Biz hamımız istəyirik ki, bu müharibə bitsin. Lakin ədalətli sülh münaqişəni dondurmaq və Rusiya tərəfindən diktə edilmiş razılaşmanı qəbul etmək demək deyil. NATO bu münaqişədə tərəf deyil. Biz BMT Nizamnaməsində də qeyd olunduğu kimi, özünümüdafiə hüququnun gücləndirilməsi üçün Ukraynanın yanında dayanırıq”, - Baş katib qeyd edib.