Türk xalqı demək irqçilikdir - Başbuğ
25.11.2018
"Mədəni məlumatlar” kitabının ilk səhifəsindən ortalarına qədər olan hissəsini şəxsən Mustafa Kamal əlyazısı ilə yazmışdır. İlk cümləsi belədir: "Türkiyə Cümhuriyyətini quran Türkiyə xalqına türk milləti deyilir”. Bu 80 milyon ortaq hədəf verir. Deyir ki, bu cümhuriyyəti bərabər qurduq. O zaman bu cümhuriyyəti qorumaq, davam etdirmək bizim ortaq məqsədimizdir. Bu qədər bəsitdir.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlkər Başbuğ deyib.
"Anlamırıq və anlamadığımız kimi də başa sala bilmirik. İşin pis tərəfi budur. Türkiyə xalqı nə deyir? Birincisi Türkiyəni məhdudlaşdırır. Yəni coğrafiya ilə məhdudlaşdırır. Türkiyənin coğrafiyası bəllidir. Bu coğrafiyada bir xalq olaraq qəbul edirlər. Bəziləri bilərək, bəziləri bilməyərək "türk xalqı” deyir. Baxın, "türk xalqı” demək olmaz. "Türk xalqı” desəniz irqçi bir mənaya daxil olur. Türk milləti sizin ali kimliyinizdir. Bunun altındakı müxtəlif etnik qruplardan ola bilərsiniz. Buna heç kim etiraz edə bilməz. Ancaq bunu deməliyəm: Mən türk millətinin bir fərdiyəm, etnik kimliyim budur. Buradakı "türk milləti” anlayışı bir ali kimlikdir, birləşdirən bir təməldir”, - Başbuğ bildirib.