Mey Britaniya xalqından dəstək istədi: MÜRACİƏT
25.11.2018
Böyük Britaniyanın Baş naiziri Tereza Mey xalqa müraciət edərək Avropa Birliyi ilə Breksitin şərtlərinə dair razılaşma layihəsini dəstəkləməyə çağırıb.
"Dövran Media" xəbər verir ki, bu barədə baş nazirin müraciəti ölkənin aparıcı nəşrlərində dərc olunub.
"Gələn ilin 29 martında Birləşmiş Krallıq Avropa Birliyini tərk edəcək. Bizim xalqımızın həyatında yeni dövr başlayacaq və mən istəyirəm ki, ölkəm üçün bu an yenilənmə və barışıq anı olsun. Biz yenidən vahid millət kimi toplanşmalıyıq. Bunu etmək üçün Breksit keçirməli və bu razılaşmanı dəstəkləməliyik”, - Mey bildirib.