Krıma dronlarla kütləvi şəkildə hücum edilib
15.06.2023
Krımda rusların hava hücumundan müdafiəsi sistemləri bu gecə 9 PUA vurub.
"DM" xəbər verir ki, bunu Krımın "rəhbəri” Sergey Aksyonov deyib.
O, iyunun 15-nə keçən gecə və səhər saatlarında Krım üzərində 9 PUA-nın qeydə alındığını, Rusiya hava hücumundan müdafiə qüvvələrinin onlardan 6-nı vurduğunu, daha 3-nün isə elektron döyüş yolu ilə endirildiyini bildirib:
"Bir pilotsuz təyyarə Krasnoqvardeyski rayonunda, Dokuçayevo kəndində partladılıb”.