21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənilər “Laçın” sərhəd-buraxılış məntəqəsini atəşə tutublar - YENİLƏNİB

15.06.2023

15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində "Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb.

Bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur.

Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

09:38

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən "Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub.

Bununla bağlı "Caliber” "Telegram” kanalı məlumat yayıb.

Qeyd olunur ki, atəş sərhəd-buraxılış məntəqəsi ilə üzbəüz mövqelərdən, Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.