Emin Fidan üçün səs istədi
25.11.2018
Xalq artisti Emin Ağalarov sabah Minskdə baş tutacaq "Junior Eurovision” yarışmasında Azərbaycanı təmsil edəcək Fidan Hüseynova üçün səs istəyib.
"Dövran Media" xəbər verir ki, sənətçi sosial şəbəkədə Fidanın fotosunu paylaşaraq hər kəsi həmyerlisinə dəstək olmağa çağırıb: "Junior Eurovision”da iştirak edən mənim həmyerlim Fidan Hüseynovaya dəstək oluruq və birlikdə səs veririk. Uğurlar, Fidan!”.
Qeyd edək ki, F.Hüseynova Azərbaycanı müsabiqədə 7-ci sıra nömrəsi ilə "I wanna be like you” mahnısı ilə təmsil edəcək.