10 04 2025-cu il Bakı 9 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

KİV: NATO ölkələri Stoltenberqin səlahiyyət müddətinin uzadılmasına meyllidir

14.06.2023

NATO-ya üzv ölkələr alyansın Baş katibi Yens Stoltenberqin səlahiyyət müddətinin uzadılması variantına meyllidirlər, çünki onun varisinin namizədliyinin razılaşdırılmasında çətinliklər yaranıb.

"DM" xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məqalədə qeyd edilib ki, NATO liderləri gələn ay Litvada keçiriləcək sammit ərəfəsində hərbi ittifaqın davamçısının razılaşdırılması ilə bağlı artan müzakirələr fonunda Yens Stoltenberqin baş katiblik müddətinin uzadılmasına meyllidirlər.

Bildirilib ki, hazırkı mandatı oktyabrda başa çatacaq Stoltenberqin yerinə kimin keçəcəyi ilə bağlı intensivləşən müzakirələr NATO üçün sınaq zamanına təsadüf edir.

"Rusiya Qərbə doğru artan döyüşkənlik nümayiş etdirir və Ukraynanın təxminən beşdə birini işğal edib, Kiyevin NATO ilə gələcək münasibətləri ilə bağlı daxili fikir ayrılıqları var və Çin qlobal hərbi güc kimi yüksəlir”, - deyə məqalədə yazılıb.

"Bu mürəkkəb fon və alyansın 31 üzvünün hamısını qane edən namizədin tapılmasının çətinliyi o deməkdir ki, Stoltenberqdən mandatını dördüncü dəfə uzatmağı xahiş etmək ehtimalı qısa müddətli kompromis kimi ortaya çıxıb”,- deyə müzakirələrə qatılanlar Financial Times-a deyib.

Stoltenberqin müddətinin uzadılması variantı Danimarkanın Baş naziri Mette Frederiksen və Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin üzv dövlətlərin müxtəlif tələbləri qarşısında yekdil dəstək qazana bilməməsindən sonra ortaya çıxıb deyə məqalədə əlavə olunub.