23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Martda 8 gün iş olmayacaq

15.02.2018

Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq.
8 Mart - Qadınlar günü iş günü hesab edilmir.
Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.
Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.
Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür. 
"DM"