Netanyahu: ABŞ və İran gizli razılaşması var
14.06.2023
Amerika İran ilə anlaşma və ya "kiçik razılaşma” əldə edir. Bu razılaşmaya əsasən, bloklanmış vəsaitlərinin sərbəst buraxılması müqabilində İran uranı 60%-dən yuxarı zənginləşdirməyəcək, Vaşinqton-İran arasında məhbus mübadiləsi aparılacaq.
"DM" xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Knessetin Müdafiə Komitəsinin iclasında deyib.
O, ABŞ-İran danışıqlarının İsraili dayandırmayacağını bildirib:
"İran rejimi ilə heç bir razılaşma İsraili dayandırmayacaq. İsrail özünü müdafiə etmək üçün hər şeyi etməyə davam edəcək. İsrailə qarşı olan təhlükələrin 90 faizdən çoxu İran və onun proksi qüvvələri tərəflərindəndir”, - baş nazir bildirib.
Amerika rəsmiləri isə İran ilə ABŞ arasında danışıqları inkar edir.
"Haaretz” qəzetinin iki yüksək rütbəli İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ hökumətinin danışıqların gedişini inkar etməkdə məqsədi Konqresdə sazişə səsvermədən çəkinməkdir.