Bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur - YENİLƏNİB
14.06.2023
Azərbaycanın ümumi təhsil müəssisələrində "Son zəng” tədbiri keçirilir.
Oxu.Az əməkdaşı 132-134 nömrəli məktəbdə keçirilən "Son zəng” tədbirində iştirak edib.
Baş tutan tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələr, şagirdlər iştirak edirlər.
Tədbirdə söz alan müəllimlər və valideynlər məktəblə bağlı xatirələrini bölüşüblər, sonuncu zəngi çalınan məzunlar isə hazırladıqları rəqsləri və mahnıları ifa ediblər.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100 084, digər qurumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrindən 727 şagird məzun olur.
09:46
Bu gün Azərbaycanda "Son zəng” günü qeyd edilir.
"DM" xəbər verir ki, tədbir hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.
Bununla bağlı Elm və Təhsil Nazirliyi məktəblərə müvafiq tapşırıqlar verib. "Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər. "Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.
2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 707 279 nəfər təşkil edib. Cari tədris ilində ümumi təhsil müəssisələrində 98 649 nəfər XI sinfi, 145 597 nəfər isə IX sinfi bitirir. Bu tədris ilində ölkə üzrə 151 560 şagird birinci sinfi bitirir.
Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 90 666 uşaq təhsil alıb.