Rusiya Ordusu Xəzər dənizindən raket hücumuna keçib - VİDEO
13.06.2023
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Rusiya ordusu Xəzər dənizindən raket hücumuna keçib:
"Hücum nəticəsində Xerson, Nikolayev, Krivoy Roq şəhəri ciddi dağıntılara məruz qalıb. Krivoy Roq şəhərində beşmərtəbəli yaşayış binası tamamilə məhv edilib. Ölən və yaralananların olduğu bildirilir”.
M.Aslanovun sözlərinə görə, Ukraynanın əks-hücum əməliyyatları əsasən Zaporojye vilayətində daha uğurlu həyata keçirilir.
"Son iki gündə Ukrayna ordusu tərəfindən beşdən çox yaşayış məntəqəsi azad edilib. Əməliyyat zamanı xeyli rus əsgəri əsir götürülüb”, - deyə jurnalist əlavə edib.