Saakaşvilidən şok: İvanişvili onu öldürtdürəcək
24.11.2018
Əgər Bidzina İvanişvili əvvəlki kimi hakimiyyətdə olsa, o zaman Zaza Okuaşvilini rejimi ifşa etdiyi üçün öldürəcək.
"Dövran Media" xəbər verir ki, bu iddia ilə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili çıxış edib.
"İvanişvili klassik mafioz olaraq hər kəslə - bütün gürcü biznesmenləri ilə eyni cür davranır. Sadəcə Okuaşvili ilə onda heç nə alınmadı. Okuaşvili özü də istəmədən onları beynəlxalq məhkəmələr üçün sübutlar yaratmağa məcbur edib. İvanişvili indi tam axmaq kimi görünür. Okuaşvili mafiozdan pullarını alıb, bu isə bağışlanılmır. Əgər İvanişvili hakimiyyətdə qalsa, Okuaşvilini sağ qoymayacaq”, – deyə o bildirib.
Qeyd edək ki, Okuaşvili "Omeqa Qrup” şirkətinin rəhbəridir. O, İvanişvilinin iştirakı ilə həyata keçirilən fırıldaqları sübuta yetirən gizli video və səs yazılarını paylaşıb.
Okuaşvili Gürcüstanda nüfuzlu şəxslərdən biri sayılır. Onun sahibi olduğu "Omeqa Qrup” şirkəti bir çox sahələrdə fəaliyyət göstərir. Okuaşvili həmçinin media sahəsində də aktivdir. Belə ki, o, İberiya TV, "Media Nyus” agentliyinin də sahibidir. Gürcü iş adamı həmçinin Vətənpərvərlər Alyansı Partiyası ilə yaxın əlaqələrə sahibdir.
Bu iş adamı İvanişvilidən daha çox, Saakaşvili ilə pis münasibətlərə sahibdir. Belə ki, məhz Saakaşvilinin dövründə onun sahibi olduğu İberiya TV bağlanıb, özü isə ölkədən qaçaraq, Britaniyada gizlənib.