Ancelina Coli borc içində üzür
24.11.2018
Dünyanın ən məşhur aktrisalarından biri, Hollivud ulduzu Ancelina Coli çətin günlər yaşayır.
"Dövran Media" xəbər verir ki, o, 25 milyon dollarlıq qonorarını ala bilmək üçün "Malifesenta-2” filminin çəkilişlərinin başa çatmasını səbirsizliklə gözləyir.
Aktrisanın vəsaitinin tükəndiyi bildirilir. Ancelina Colinin yaratdığı və başçılıq etdiyi xeyriyyə fondu müxtəlif təşkilatlara milyonlarla dollar borcludur.