Fransada aksiyalar ictimai nəqliyyatın işində problemlər yaradıb
24.11.2018
Fransanın paytaxtı Paris şəhərində yanacağın bahalaşmasına qarşı "sarı jiletlər”in etiraz aksiyaları səbəbindən ictimai nəqliyyatın işinə təsir göstərib.
"Dövran Media" paytaxtda ictimai nəqliyyatın dövlət operatoru olan RATP (Regie Autonome des Transports Parisiens) şirkətinin saytına istinadən xəbər verir ki, bu gün Mars meydanı, Elise meydanı, Razılaşma (Concorde) meydanı, Port Mayo meydanı, Bastli meydanı kimi ictimai yerlərdə keçirilməsi nəzərdə tutulan nümayişlər səbəbindən şəhər polisinin göstərişilə yerüstü nəqliyyatın bəzi xətləri dəyişilib və ya məhdudlaşdırılmaqla yanaşı, paytaxtın mərkəzində yerləşən 7 metro stansiyası da bağlanıb.
Xatırladaq ki, Fransada benzinin bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları noyabrın 17-dən vüsət alııb. Nəticədə 1 nəfər avtomobilin altında qalaraq ölüb, 500-dək də xəsarət alan var. Fransada sürücülərin uniforması olan işıq əks edən sarı örtüklərə görə bu hərəkata da "sarı jiletlər” adı verilib.