21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

DƏMX: 37 nəfər əvvəlki işinə bərpa olunub

13.06.2023

İşəgötürənlər tərəfindən 2023-cü ilin yanvar-may ayları ərzində ödənilməsi gecikdirilən 194 min manatdan çox məbləğdə ödənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən görülən tədbirlər nəticəsində işçilərə ödənilib.

Bu barədə  Dövlət Əmək Müfəttişliyi Xidmətindən xəbər verilib.

Bildirilib ki, həmin vəsaitin 96,5%-i əmək haqları, qalan hissəsi isə zərərə görə ödənclər, mavinət və kompensassiyalar olub.

Həmçinin DƏMX əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilən 37 işçinin yenidən əvvəlki işlərinə bərpa olunmasına nail olub. Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.

Qeyd edək ki, hesabat dövründə DƏMX tərəfindən 5321 sayda ərizə (şikayət) araşdırılıb, 3394 məktuba (sorğu) baxılıb. Eyni zamanda Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 3374 vətəndaş fərdi qaydada qəbul edilib.