03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İrəvandakı Göy Məscidin UNESCO tərəfindən qorunması təklif edilə bilər

12.06.2023

"Ermənilər şəhərsalma adı altında İrəvan şəhərinin mərkəzinin tarixi kökünü məhv ediblər”.

"DM" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Milli Məclisdə keçirilən "Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

"Məhz bu və bunun kimi səbəblərdən ermənilər beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Qafqazın ən böyük məscidi olan Göy Məscidin fars məscidi kimi təqdim edilməsi də ermənilərin tarixi saxtalaşdırmasına bariz nümunədir. Bu baxımdan, məscid məsələsinin UNESCO səviyyəsində qaldırılması, UNESCO tərəfindən məscidin qorunmasını təklif etmək gərəklidir”, - o əlavə edib.