Paşinyanın 44 günlük müharibə ilə bağlı komissiyanın iclasında iştirak edəcəyi tarix açıqlanıb
12.06.2023
Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə bağlı istintaq prosesində iştirak edəcək.
"DM" xəbər verir ki, bu barədə "Armenpress” informasiya agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkənin İstintaq Komissiyası 27 sentyabr 2020-ci il tarixində başlamış hərbi əməliyyatları araşdırılması üçün Paşinyanı bu ilin 20 iyun tarixində saat 10:00-da komissiyanın işində iştirak etməyə dəvət edib.
Məlumata əsasən, İstintaq Komitəsi Paşinyandan müsbət cavab alıb.