İranın vitse-prezidenti istefa verib
12.06.2023
İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rzayi vəzifəsindən istefa verib.
"DM" xəbər verir ki, ölkə Prezidentinin Sərəncamı ilə Möhsün Rzayi İranın Ali İqtisadi Koordinasiyası Şurasının katibi təyin edilib.
Qeyd edək ki, Möhsün Rzayi İran Məsləhət Şurasının katibidir. O, 1981-1997-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı olub. Möhsün Rzayi 3 dəfə prezident seçkilərində namizəd olub.