Yaponiyada zəlzələ olub
24.11.2018
Yaponiyanın şimal-şərqində, Fukuşima prefekturasının Sakit okean sahillərində 5 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, 12 prefekturada, o cümlədən paytaxt Tokioda da hiss olunan yeraltı təkanların ocağı 50 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.