Türkiyədə Dollar/TL məzənnəsi 23,65 səviyyəsinə yüksəlib
12.06.2023
Türkiyə lirəsi dollar və digər valyutalar qarşısında kəskin enişi davam etdirir.
"DM"-nın məlumatına görə, iyunun 12-də birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 23,65 səviyyəsinə qədər yüksəlib. Avro/Türkiyə Lirəsi məzənnəsi isə 25,53 səviyyəsini test edib. Başqa sözlə, TL son bir ayda isə dollar qarşısında 17%-dən çox dəyər itirib.
Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 23.4314 TL, satış üzrə 23.4736 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə enişini davam etdirib. Azərbaycan Mərkəzi Bankının iyunun 12-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0720 manata (7,2 qəpik) ticarət edilir.