“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq
09.06.2023
"Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq.
"DM"-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2023–2024-cü illərdə "Uşaq hüquqları haqqında” yeni qanunun hazırlanmasını təmin etməlidir.