İsveç NATO-ya qoşulmazdan əvvəl Alyans qoşunlarını qəbul edə bilər
09.06.2023
"İsveç hökuməti NATO-ya qoşulmazdan əvvəl Alyans qoşunlarını qəbul edə bilər".
"DM" xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson və müdafiə naziri Paul Jonssonun məlumat verib.
Onların sözlərinə görə, bu qərar Rusiyaya açıq siqnal göndərir və İsveçin müdafiəsini gücləndirir:
"Hökumət İsveç Silahlı Qüvvələrinin gələcəkdə NATO və Alyans ölkələri ilə birgə əməliyyatlar üçün hazırlıqlara başlaya biləcəyi barədə qərar qəbul edib. Təlimlər zamanı xarici ölkələrdən hərbi avadanlıq və personal müvəqqəti olaraq İsveç ərazisində yerləşdirilə bilər”.
İsveç rəsmiləri onu da qeyd edib ki, Rusiya yaxın gələcəkdə qonşu ölkələr üçün təhlükə mənbəyi olaraq qalacaq.