Türkiyə Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası keçirilir
08.06.2023
Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası keçirilir.
"DM"-nın "Yeni Şafak"a istinadən verdiyi xəbərə görə, iclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edir.
Ərdoğanın sədrliyi ilə keçirilən toplantıda prezident müavini Cevdet Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Musa Avsever və güc komandirləri iştirak edir.
MTŞ üzvlərinin Şimali İraq və Suriyada həyata keçirilən terrorla mübarizə əməliyyatları başda olmaqla strateji, regional və milli təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir.
Devran Media