Naxçıvan-İğdır birgə ticarət və investisiya komissiyası yaradılacaq - FOTO
08.06.2023
Naxçıvan məhsullarının ixracını və investorların muxtar respublikaya marağını artırmaq məqsədilə Naxçıvan-İğdır birgə komissiyası yaradılacaq.
"Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı muxtar respublikada işgüzar səfərdə olan Türkiyənin İğdır Sənaye və Ticarət Palatasının nümayəndə heyəti ilə keçirilən görüşdə razılıq əldə edilib.
Qardaş ölkənin nümayəndə heyəti muxtar respublikada fəaliyyət göstərən bir neçə fabrikdə olub, istehsal olunan məhsullar və ixrac imkanları ilə maraqlanıblar.
Nümayəndə heyəti Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər. Görüşdə yeni mərhələdə qarşılıqlı ticarət əlaqələrinin perspektivləri müzakirə edilib.